Kriştiano Ronaldo Real Madriddən gedir

Real Madridli futbolçu Kriştiano Ronaldonun Mançester Yunayted FK-ya qayıdacağı ilə bağlı xəbərlər yayılıb.

Metbuat.az-ın məlumatına görə, İspaniya mediası Ronaldonun sezon sonunda köhnə komandası Mançester Yunaytedə dönəcəyini və bunu indidən komanda yoldaşlarına açıqladığını irəli sürüb. Xəbərdə həmçinin, Ronaldonun Real Madridin prezidenti Florentino Perezlə münasibətlərinin yaxşı olmadığı iddia edilib.

Qeyd edək ki, illik 21 milyon avroluq qazancı ilə Ronaldo, Neymar (36 milyon avro) və Lionel Messidən (50 milyon avro) geridə qalıb.

Aysel Yaqubqızı / Metbuat.az

Futbolçunu vuran hakimə ömürlük cəza - VİDEO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR