Elmar Məmmədyarov həmsədrlər və Nalbandyanla görüşəcək

Elmar Məmmədyarov həmsədrlər və Nalbandyanla görüşəcək
12:03 16 Yanvar 2018
63 Digər
Ölkə mətbuatı
A- A+

Xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 18-də Polşanın Krakov şəhərində ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popov (Rusiya Federasiyası) və Ermənistan Respublikasının xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək.

Azərbaycan Xarici İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/227880.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR