Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi amerikalı həmkarı ilə görüşəcək

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi amerikalı həmkarı ilə görüşəcək
12:17 16 Yanvar 2018
58 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Hülusi Akara ABŞ-ın Baş Qərargah rəisi ordu generalı Cozef Danfortdla görüşəcək.
“Report” TRT-yə istinadən xəbər verir ki, görüş bu gün Brüseldə NATO-nun mənzil qərargahında olacaq. 
Generalların Suriyadakı vəziyyəti, Türkiyə Silahlı Qüvvələrinin Afrin bölgəsində keçirəcəyi antiterror əməliyyatlarını müzakirə edəcəkləri gözlənilir.
Məlumata görə, Hülusi Akar yanvarın 15-də ABŞ-ın Avropadakı Hərbi Qüvvələrinin komandanı ordu generalı Kurtis M.Skaparotti ilə görüşüb.
Xatırladaq ki, yanvaın 16-da Belçikanın paytaxtı Brüsseldə NATO-ya üzv dövlətlərin baş qərargah rəislərinin toplantısı keçiriləcək.
Qeyd edək ki, ABŞ terrorçu PKK-nın Suriyadakı qolları “PYD” və “YPG”dən ibarətə 30 minlik “qoşun” qurmaq niyyətindədir. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-silahli-quvveleri-bas-qerargahinin-reisi-amerikali-hemkari-ile-gorusecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR