Filippindəki Mayon vulkanı lava püskürməyə başlayıb

Filippindəki Mayon vulkanı lava püskürməyə başlayıb
12:57 16 Yanvar 2018
60 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ Filippinin Luson adasının cənub-şərqində yerləşən Mayon vulkanı lava püskürməyə başlayıb.
"Report" "The Telegraph"a istinadən xəbər verir ki, indi vulkanın 6-7 km məsafəsində yaşayan, təqribən, 15 min adam təhlükə bölgəsini tərk edib.
Vulkan lava ilə yanaşı, kül də püskürməyə davam edir.
Qeyd edək ki, vulkan son günlərdə fəallaşıb və buna görə də həyəcan dərəcəsi üçüncü səviyyəyə qaldırılıb. Bu o deməkdir ki, təhlükəli püskürmə hər an baş verə bilər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/filippindeki-mayon-vulkani-lava-puskurmeye-baslayib-vi-deo

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR