Ermənistana 200 milyon avro təklif edildi

Avropa İttifaqı (Aİ) Metsamor Atom Elektrik Stansiyasının (AES) bağlanması üçün Ermənistana 200 milyon avro ayırmağı vəd edib.

Qeyd olunur ki, Brüssel AES-i alternativ enerji mənbələri ilə əvəz etməyi təklif edib.

Qeyd edək ki, Metsamor AES 1970-ci illərdə tikilib. 1988-ci ildə Spitakda baş vermiş güclü zəlzələdən sonra stansiya fəaliyyətini dayandırsa da, 1995-ci ildə beynəlxalq səviyyədə etirazlara baxmayaraq, yenidən açılıb. //Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR