Ermənistan ordusunun Baş Qərargah rəisi müavininin oğlu yol qəzasında ölüb

Ermənistan ordusunun Baş Qərargah rəisi müavininin oğlu yol qəzasında ölüb
13:17 16 Yanvar 2018
70 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini general-leytenant Stepan Qalstyanın oğlu Robert Qalstyan yol qəzasında ölüb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə yanvarın 16-da səhər saatlarında paytaxt Yerevanda baş verib.
R.Qalstyanın idarə etdiyi “Kia Sorento” markalı avtomobili yoldan çıxaraq, Getar çayına düşüb. Sürücü hadisə yerində ölüb. Avtomobildə olan A.Ter-Petrosyan isə xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. 



Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistan-ordusunun-bas-qerargah-reisi-muavininin-oglu-yol-qezasinda-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR