Amerika generalı: “Rusiya Avropaya hücum etmək üçün hazırdır”

Amerika generalı: “Rusiya Avropaya hücum etmək üçün hazırdır”
14:13 16 Yanvar 2018
98 Dünya
Ölkə mətbuatı
A- A+

“Moskvanın yenilənmiş hərbi potensialından Avropaya qarşı istifadəyə hazır olması istisna edilmir”.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Cozef Danford NATO-nun Hərbi komitəsinin Brüsseldə keçirilən müşavirəsində deyib.

Onun sözlərinə görə, ABŞ Rusiyanın Silahlı qüvvələrinin müasirləşdirilməsindən narahatdır. Amerikalı general qeyd edib ki, Rusiyada son 10 il ərzində silahlı qüvvələrdə müasirləşdirilməyən heç bir qoşun növü yoxdur.

“Dirilən Rusiya qitədə ən böyük təhdiddir. Buna görə də ittifaq şərq qonşusunun qarşısının alınması üçün regiona hərbi texnika və hərbçilər yerləşdirir. Onların (Rusiya – red.) davranışına baxın. Dönün, Gürcüstan və Ukraynaya baxın”, – o bildirib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/227892.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR