Türkiyə prezidenti: "Donald Trampa zəng etməyəcəm"

Türkiyə prezidenti: "Donald Trampa zəng etməyəcəm"
14:37 16 Yanvar 2018
70 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ “Suriya məsələsinə görə ABŞ prezidenti Donald Trampa zəng etmək niyyətində deyiləm”.
“Report”un xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
R.T.Ərdoğan hazırda D.Trampa zəng etməyi nəzərdə tutmadığını bildirib: “Çünki əvvəllər bu məsələləri müzakirə etmişik. Razılaşmamıza görə o, mənə zəng etməli idi. Ona görə də o, mənə zəng etməyənə qədər, mən ona zəng etməyəcəyəm”.
Türkiyə lideri vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putinlə davamlı olaraq telefon müzakirələri aparırlar: “Sonuncu dəfə 2-3 gün əvvəl danışmışıq”.

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-prezidenti-donald-trampa-zeng-etmeyecem

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR