"Səbail"in baş məşqçisi: "Hələlik istədiyimiz formada deyilik"

"Səbail"in baş məşqçisi: "Hələlik istədiyimiz formada deyilik"
15:22 16 Yanvar 2018
71 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən “Səbail” komandasının baş məşqçisi Samir Əliyevin “Report”a müsahibəsi
- Qış fasiləsi ilə əlaqədar yaranmış fasilədən sonra komandanızın durumu nə yerdədir?
- Yanvarın əvvəlindən təlim-məşq toplanışına start vermişik. Hazırlıq prosesinin ilk mərhələsini Bakıda keçirik. Fiziki yükələmər gedir. Həmçinin, yoxlama matçları keçiririk. Bu oyunlar yeni gələn futbolçuların kollektivə uyğunlaşmalarına kömək edir. Onların nə tələb etdiyimizi qavramalarını istəyirik. Hələlik istədiyimiz formada deyilik. Oyunçularda yorğunluq var. Lakin bu, normal haldır. Hələ toplanışın əsas hissəsi qabaqdadır. Komandanı mövsümün qalan bölümü üçün hazır vəziyyətə gətirəcəyik.
- Fasilə dönəmində bir sıra futbolçularla yollarınızı ayırmaqla bərabər Rahil Məmmədov, Aqşin Qurbanlı, Fəhmin Muradbəyli və Kərim Diniyevi heyətinizə qatmısınız. Seleksiya işindən razısınız?
- Seleksiya işini imkanlarımız çərçivəsində aparırıq. Büdcəmizə uyğun oyunçular axtarırıq.
- Hazırda baxışda neçə futbolçu var?
- Gürcüstanlı Nikolas Apakidzeni sınayırıq. Onunla bağlı qərarımızı yanvarın 18-də “Sumqayıt”la keçirəcəyimiz yoxlama oyunundan sonra verəcəyik. Bakıda oluğumuz müddətdə baxışa gələcək başqa oyunçu olmayacaq. Lakin Antalya toplanışı vaxtı bir neçə futbolçu olmalıdır. Afrikalı hücumçu gəlməlidir. Axtarışdayıq. Əlimizdə də yetərincə futbolçu var.
- Fasilə dönəmində 2 yoxlama oyunu keçirmisiniz. “Sabah”la qolsuz heç-heçə etdiyiz halda, “Xəzər”i 3:1 hesabı ilə üstələdiniz. Sonuncu matçda qollardan birini vuran yeni transferiniz Kərim Diniyev barədə nə deyə bilərsiniz?
- Kərim hələ potensialını tam açmayan futbolçudur. Düzdür, onun 25 yaşı var, lakin daha artığına qadirdir. Diniyevə ümidlərimiz böyükdür. Hər şey özündən asılıdır.
- Yanvarın 20-də yollanacağınız Türkiyə toplanışına neçə futbolçu aparacaqsınız?
- Planımızda 23 oyunçu nəzərdə tutulub. Üstəlik, Antalyada 1 – 2 nəfər də qoşula bilər.
- Əvəzedici heyətdən kimlərisə özünüzlə götürməyiniz mümkündür?
- Ola bilər, lakin hələ tam qərar verməmişik. Yoldaşlıq oyunlarında əvəzedicilərimizdən bir neçə oyunçuya da baxdıq. Hiss etməlidirlər ki, onlara da diqqət var.
- Bundan sonra hansısa futbolçunun komandadan göndərilməsi mümkündür?
- Xeyr. Artıq yetərincə oyunçu ilə yollarımızı ayırmışıq. Həmçinin rəsmi olaraq açıqlamadığımız futbolçular var. Məsələn, Emin Mehtiyevi “Sabah”a icarəyə vermişik, Seymur Əsədov "Keşlə"də baxışdadır, Murad Musayev “Şüvəlan”a gedib. Əsasən bizdə oynamaq şansı az olanları icarəyə göndəririk. Özlərini yaxşı tərəfdən göstərsələr, gələcəkdə “Səbail”ə dönəcəklər. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/sebail-in-bas-mesqcisi-helelik-istediyimiz-formada-deyilik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR