İtkin düşən alpinistlərin axtarışlarına türkiyəli mütəxəssislər cəlb olundu

İtkin düşən alpinistlərin axtarışlarına türkiyəli mütəxəssislər cəlb olundu
15:33 16 Yanvar 2018
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Qubada dağlıq ərazidə itkin düşmüş "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir.

Milli.Az xəbər verir ki, bu barədə "Gilavar" idman klubunun rəhbəri Ziya Qasımlı məlumat verib.

Onun sözlərinə görə, alpinistlərin axtarışları üçün Xınalıq və Tufandağ istiqamətində axtarışlar aparılır: "Hazırda ərazidə hava şəraiti də pisdir. Hələlik axtarışlar nəticə vermir".

Z.Qasımlı özəl olaraq Trend-ə bildirib ki, axtarışlar aparmaq üçün Türkiyədən iki mütəxəssis gətirilib: "Xüsusi texnika ilə təchiz olunmuş mütəxəssislər axtarış aparmaq üçün artıq Azərbaycandadırlar və axtarışlara qoşulublar".

Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib. (trend)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/227909.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR