Amerikalı yarışmaçı biotualetlərdə gizlənərək marafonların qalibi olub

Amerikalı yarışmaçı biotualetlərdə gizlənərək marafonların qalibi olub
15:47 16 Yanvar 2018
65 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ Kelly Eqnyu ABŞ-ın Arizona ştatında keçirilən "Across the Years" ultramarafonundan diskvalifikasiya edilib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, buna səbəb onun marafon zamanı biotualetlərdə gizlənərək özünə əlavə dövrə yazdırmasıdır.  
Belə ki, Eqnyu dövrəni tamamladıqdan sonra start xəttinə qayıdaraq biotualetdə 7 dəqiqə keçirib və yenidən finiş xəttinə çatıb. O, daha sonra marafonu davam etdirib, başqa sözlə, adına əlavə dövrə yazdırıb.
Marafonda pozuntuları araşdıran Derek Mörfi bu olayla bağlı şahid də tapıb: yarışmaçıların nəticələrini qeydə alan "MCM timing" şirkətinin nümayəndəsi iştirakçının finiş xəttini keçdikdən sonra biotualetə getdiyini görüb.
Ədalətsiz yarışmaçının fırıldağı üzə çıxandan sonra onun digər nəticələrinə, o cümlədən 2014-2015-ci il marafonununda 48 saatlıq yarışmanı qazandığı qaçışa yenidən baxılıb. Belə ki, o zaman Kelli Eqnyu 88,5 km məsafə qət edərək qalib olmuşdu, hərçənd son 7 saatda qaçmamışdı.
Qeyd edək ki, marafonun qalibi 24, 48, 72 saat və ya 6 gün ərzində daha böyük məsafə qət edən şəxs sayılır.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/amerikali-yarismaci-biotualetlerde-gizlenerek-marafonlarin-qalibi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR