Dini ədəbiyyatı lisenziyasız satan 13 nəfər cərimələnib

Dini ədəbiyyatı lisenziyasız satan 13 nəfər cərimələnib
16:12 16 Yanvar 2018
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə respublikanın ayrı-ayrı bölgələrində “Dini etiqad azadlığı haqqında” qanunla müəyyən edilmiş qaydada satışına razılıq verilmiş dini təyinatlı ədəbiyyatın, audio və videomaterialların, dini məzmunlu digər mal və məmulatların müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılması hallarının qarşısının alınması məqsədilə tədbirləri davam etdirir.
DİN-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, paytaxtın Nizami, Yasamal, Qaradağ, respublikanın Gəncə, Şirvan, Quba, Xaçmaz, Tərtər şəhər və rayonlarında keçirilən belə tədbirlər zamanı dini təyinatlı ədəbiyyat və digər dini məzmunlu məmulatları müvafiq icra hakimiyyəti orqanının razılığı (lisenziya) olmadan satdıqlarına görə 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.
Həmin şəxslərdən 4248 ədəd dini təyinatlı ədəbiyyat, 34 ədəd CD və DVD disk aşkar edilərək götürülmüşdür. Onlara tətbiq olunan cərimələrin məbləği 22.000 manat təşkil edib.
Ümumilikdə 2017-ci il ərzində “Dini etiqad azadlığı haqqında” qanunun tələblərini pozaraq qeyri-qanuni təbliğat apardıqlarına görə 142 nəfər inzibati məsuliyyətə cəlb olunub. Həmin şəxslərdən 5185 ədəd dini ədəbiyyat, 145 ədəd CD və DVD audio-video kaset, 356 broşura, jurnal, buklet və 188 ədəd digər dini əşyalar aşkar edilərək götürülüb. Fiziki və hüquqi şəxslərə tətbiq edilən cərimələrin məbləği 86.000 manat təşkil edib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/din/dini-edebiyyati-lisenziyasiz-satan-13-nefer-cerimelenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR