Qızıl hasilatçısının Azərbaycan banklarına borcu azalıb

Qızıl hasilatçısının Azərbaycan banklarına borcu azalıb
16:22 16 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycanda qızıl hasilatı ilə məşğul olan "Anglo-Asian Mining" şirkətinin xalis borcu bu ili yanvarın 1-nə 18,3 mln. dollar təşkil edib.
"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, borcun 1 mln. dolları “Kapital Bank” ASC, 2,1 mln. dolları "Azərbaycan Beynəlxalq Bankı" ASC, 3,7 mln. dolları “Paşa Bank” ASC-nin kreditləri üzrədir. “Kapital Bank”a borc III rübün yekunu ilə müqayisədə 0,2 mln. dollar, “Paşa Bank”a borc 1,7 mln. dollar, "Azərbaycan Beynəlxalq Bankı"na borc 2,3 mln. dollar azalıb.
Ümumilikdə 2017-cı ilin sonuna şirkətin borcu aşağıdakı şəkildə olub:
Kreditorlar Borc (mln. dollar) Kapital Bank 1.0 Amsterdam Trade Bank and Gazprombank (Switzerland) 7.4 International Bank of Azerbaijan 2.1 Atlas Copco equipment finance loan
YapiKredit
Pasha Bank

Reza Vaziri - director's loan 0.3
2.2
3.7

3.9 Total loans 20.6 Cash on hand and at bank (2.3) Net debt 18.3

Xatırladaq ki, “Gədəbəy” yatağında qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış Hasilatın Pay Bölgüsü (PSA - Production Sharing Agreement) müqaviləsi çərçivəsində hasil olunur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir. “Gədəbəy” yatağında ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına isə 2010-cu ildə başlanıb.


Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/qizil-hasilatcisinin-azerbaycan-banklarina-borcu-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR