FIFA Avropa Liqasının finalçısının daha 6 xalını sildirib

FIFA Avropa Liqasının finalçısının daha 6 xalını sildirib
16:47 16 Yanvar 2018
110 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ FIFA-nın tələbi ilə Ukraynanın “Dnepr” klubunun hesabından daha 6 xal silinib.
“Report” xəbər verir ki, buna səbəb Dneprepetrovsk təmsilçisinin sabiq futbolçusu Nikola Kaliniçə olan borcunu ödəməməsidir.
Analoji səbəbdən, cari mövsümdə “Dnepr”in hesabından 3 xalla silinib.
Qeyd edək ki, 2014/2015 mövsümündə Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan və turnirin finalında İspaniya təmsilçisi “Sevilya”ya 2:3 hesabı ilə uduzan “Dnepr” hazırda Ukraynanın səviyyəcə III divizionunda mübarizə aparır. B qrupda yer alan komanda FİFA-nın yeni qərarından sonra 53 xalla yenə liderdir.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/fifa-avropa-liqasinin-finalcisinin-daha-6-xalini-sildirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR