Rusiyada miqrasiya rejimini pozmaya görə yeni cərimələr qüvvəyə minib

Rusiyada miqrasiya rejimini pozmaya görə yeni cərimələr qüvvəyə minib
13:18 10 Yanvar 2015
169 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir Məftun Salmanov/

Bu gün Rusiyada miqrasiya rejiminin pozulmasına görə yeni cərimələr qüvvəyə minib.

Trend-in şənbə günü Rusiya KİV-ə istinadən verdiyi məlumata əsasən, bu gündən qanunu pozan xarici miqrantlar üçün Rusiyaya girişi qadağan edən qanunun tətbqinə başlanılıb.

120, 270 və 360 günlük qanuni qalma müddətini pozan əcnəbi miqranta müvafiq olaraq 3, 5 və 10 il müddətinə Rusiyaya giriş qadağan ediləcək.

Rusiya Federal Miqrasiya Xidmətinin məlumatına görə, 2015-ci ilin əvvəlindən Rusiyaya miqrasiya axını təqribən 70 faiz azalıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR