Tərtərdə yaşayış evi uçub

Tərtərdə yaşayış evi uçub
19:07 16 Yanvar 2018
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Tərtər. 16 yanvar. REPORT.AZ/ Tərtər rayonunda yaşayış evi uçub.
"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Əskipara kəndində qeydə alınıb.
Belə ki, bu gün səhər saatlarında kənd sakini, 1980-ci il təvəllüdlü Anar Əkbər oğlu Abdullayevə məxsus evin bir otağının divarları uçub. Evin bütün əşyaları uçqun altında qalsa da, ailə üzvlərindən xəsarət alan olmayıb.
Ev sahibinin bildirdiyinə görə, ev ötən ilin noyabr ayında baş verən zəlzələ zamanı qəzalı vəziyyətə düşüb. Lakin 6 nəfərlik ailənin başqa sığınacağı olmadığından bu evdə yaşamağa məcbur olub. 
Hadisə ilə bağlı əlaqədar qurumlara məlumat verilib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/terterde-yasayis-evi-ucub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR