Dünyaya gətirdiyi əkizlərə baxıb öldü - FOTO

Dünyaya gətirdiyi əkizlərə baxıb öldü - FOTO
13:22 10 Yanvar 2015
154 Maraqlı
Ölkə mətbuatı
A- A+

Hamilə 19 yaşlı Eşton Hyuz növbəti müayinələrdən birinə yollanmışdı. O, maşını klinikanın qarşısında saxlayaraq yolu keçməyə və klinikanın həyətinə yönəlməyə başlayıb. Bu zaman yoldan sürətlə keçən böyük offrouder avtomobili Eştonu vurub kənara atıb.
 
Milli.Az ABC-yə istinadən bildirir ki, olay ABŞ-ın Cənubi Karolina ştatındakı Spartanburq şəhərində yaşanıb.
11 aylıq qız anası, hamiləliyin 7-ci ayında olan Eştonu dərhal klinikaya aparıblar.
 
Həkimlər hamilə xanımın bətnindəki körpələri xilas etmək üçün əməliyyata başlayıblar. Qeysəriyyə kəsimi nəticəsində Eşton dünyaya əkiz övladlar gətirib.
 
Eşton ölüm ayağında olduğu üçün həkimlər onun doğduğu oğlan və qızı anaya göstəriblər.
Ana dünyaya gətirdiyi övladlarına baxıb gülümsəyib, ağlayıb.
 
Bir qədər sonra isə o, gözlərini əbədi yumub.
 
Anasının adı qoyulan Eşton Cillian Cenninqs və onun əkiz qardaşı Brentli Euyn Cenninqsin sağlıq durumları normaldır.
Eşton Cenninqsin qeyri-rəsmi nikahda olduğu əri Zak Cenninqs xanımının ölümünə səbəb olmuş sürücünün dərhal tapılmasını, ağır cəzalandırılmasını tələb edir.
 
Eştonun anası Maysti Finkin dediyinə görə, qızı aldığı ağır travmalar və daxili qanaxmadan ölüb.
 
Milli.Az
 









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/318307.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR