Ərdoğandan NATO-ya XƏBƏRDARLIQ: “Bu, qəbuledilməzdir”

Ərdoğandan NATO-ya XƏBƏRDARLIQ: “Bu, qəbuledilməzdir”
21:03 16 Yanvar 2018
125 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun baş katibi Jens Stoltenberq arasında telefon danışığı baş tutub.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, telefon söhbətində Suriyanın şimalında baş verən son hadisələr müzakirə edilib.

Ərdoğan həmsöhbətinə xəbərdarlıq edib ki, Suriyanın şimalında “Suriya Sərhəd Mühafizəsi Xidməti”nin yaradılması qəbuledilməzdir. Türkiyə prezidenti qeyd edib ki, ölkəsi beynəlxalq hüquqdan irəli gələn hüquqları çərçivəsində milli təhlükəsizliyinin mühafizəsi üçün bütün lazımı tədbirləri görəcək.

Qeyd edək ki, ABŞ-ın rəhbərliyi altında İŞİD terror təşkilatına qarşı mübarizə məqsədi ilə formalaşdırılan koalisiyanın mətbuat xidmətinin rəhbəri Tomas Vil “Suriya Demokratik Qüvvələri”nə aid 30 minlik sərhəd xidmətinin yaradılacağını bəyan edib. Onun əsasını PYD terror təşkilatı təşkil edəcək. Sərhəd ordusu Suriyanın Türkiyə və İraqla olan sərhədlərini mühafizə edəcək.

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu isə PYD-nin işğalında olan Suriyanın Afrin bölgəsini təmizləmək üçün hazırlıqlarını davam etdirir. “Sabah” nəşrinin yazdığına görə, Türkiyə ordusu Afrini tamamilə müşahidə edə bilən 4 strateji nöqtədə yerləşdirilib.

Dünyanın ən təhlükəli əsgərlərindən MƏHVEDİCİ ZƏRBƏ - “Mehmetcik”in müharibə planının DETALLARI - VİDEO

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/227937.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR