Türkiyənin əcnəbilərə dair qərarı gürcülərə şamil olunmayacaq

Türkiyənin əcnəbilərə dair qərarı gürcülərə şamil olunmayacaq
21:09 16 Yanvar 2018
89 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə sərhədini keçməklə bağlı cari ilin yanvarın 1-dən tətbiq olunmağa başlanan qaydalar Gürcüstan vətəndaşlarına qarşı müvəqqəti olaraq dayandırılıb.

 

APA-nın yerli bürosunun məlumatına əsasən, Gürcüstanın daxili işlər naziri Giorgi Qaxariya bu məsələ ilə bağlı türkiyəli həmkarı Süleyman Soylu ilə telefon danışığı aparıb.

 

Tərəflər qüvvəyə minmiş qaydalarla bağlı məsləhətləşmələr aparmaq barədə razılığa gəliblər. Məsləhətləşmələr başa çatana qədər yeni qaydalar Gürcüstan vətəndaşlarına qarşı tətbiq olunmayacaq.

 

Qeyd edək ki, bu gün səhər yeni qaydalara etiraz edən bir qrup Gürcüstan vətəndaşı Türkiyə ilə sərhəddə yerləşən “Sarpi” gömrük-keçid məntəqəsinin yaxınlığında etiraz aksiyası keçirib. Yanvarın 1-dən qüvvəyə minmiş yeni qaydalara əsasən, Türkiyə sərhədini keçmək və ölkə ərazisində qısa müddətdə qalmaq bir təqvim günü hesab olunacaq. Yeni qaydalar bütün xarici ölkə vətəndaşlarına şamil olunur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292514

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR