Misirdə tarixi artefaktları oğurlayanları ömürlük həbs cəzası gözləyir

Misirdə tarixi artefaktların, qədim abidələrin müəyyən hissələrinin oğurluğu, ölkədən çıxarılması ilə məşğul olan şəxslərə ömürlük həbs cəzası və 500 min dollara qədər cərimə tətbiq olunacaq.

Metbuat.az xəbər verir ki, yerli mətbuatın yaydığı məlumata görə, bu barədə ölkə parlamentinin qəbul etdiyi qərarda deyilir. Sənəddə qeyd olunur ki, tarixi artefaktları və qədim abidələri oğurlayan şəxslər Misirin mədəni irsinin əsas düşmənləridir və bu cinayətləri törədənlərə qarşı cəzalar sərtləşdirilməlidir.

Qeyd edək ki, bu qərara qədər belə cinayətlər törədən şəxslər 7 il azadlıqdan məhrum edilir və 50 min dollara qədər cərimə olunurdular.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR