Türkiyə və ABŞ-ın Baş Qərargah rəisləri arasında

Brüsseldə Türkiyə və ABŞ-ın Baş Qərargah rəisləri Hulusi Akarla Cozef Danford arasında görüş keçiriləcək.

Metbuat.az-ın məlumatına görə, NATO-nun hərbi komitəsinin iclası çərçivəsində baş tutacaq görüş, Ankara ilə Vaşinqton arasında gərginlik fonunda vacib əhəmiyyətə malikdir. Güman edilir ki, Türkiyə Silahlı Qüvvələrinin Afrində terrorçulara qarşı mümkün əməliyyatı ərəfəsində tərəflər

Suriyadakı vəziyyəti və bir sıra aktual regional məsələləri müzakirə edəcək.

Sübhan/ METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR