​Yaponiya sahillərində cəsədlər

Yaponiya sahillərində 7 Şimali Koreya vətəndaşının cəsədi aşkar edilib.

Onlar çevrilmiş qayığın altında üzə çıxıb. Metbuat.az-ın məlumatına görə, onların kimliyi və hansı səbəbdən öldüyü məlum deyil. Güman edilir ki, ölən şəxslər balıqçılardır və Yapon dənizinin dalğalarında boğlub. Qeyd edək ki, Şimali koreyalı balıqçılar Yaponiyanın su sərhədlərini tez-tez pozur.

Təkcə ötən il 35 balıqçının cəsədi aşkar edilmişdi. 42 nəfəri isə Yaponiyanın sahil mühafizə xidməti xilas edə bilib. Onlar vətənlərinə Çin vasitəsilə təhvil verilib.

Sübhan/ METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR