Türkiyə qısa zaman ərzində regiondakı terrorçuları məhv edəcək -

“Türkiyə qısa zaman ərzində regiondakı terrorçuları məhv edəcək və bu işi Suriyanın Afrin və Mənbiç rayonlarından başlayacaq”.

Metbuat.az-ın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf partiyasının qrup toplantısında bəyan edib ki, Türkiyənin üzləşdiyi təhlükə müxtəlif yönlüdür. Ərdoğan qeyd edib ki, Ankaraya dəstək vəd edən ölkələr, əslində Türkiyəni kürəyindən bıçaqlayır.

Jurnalistlərə açıqlamasında isə bəyan edib ki, Amerika Birləşmiş Ştatlarının Suriya ərazisində ordu yaratması nə Ankaranı, nə Suriya hakimiyyətini qane edir.

Sübhan/ METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR