Şəmkirdə 20 yaşlı oğlan bıçağı ürəyinə sancdı

Şəmkirdə 20 yaşlı oğlan bıçağı ürəyinə sancdı
22:43 16 Yanvar 2018
208 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkirdə 20 yaşlı gənc özünü bıçaqlayaraq intihar edib.

Publika.az xəbər verir ki, hadisə rayonun Zəyəm Cırdaxan kəndində baş verib. Kənd sakini 1998-ci il təvəllüdlü Hüseynov Tural Sakit oğlu yaşadığı evdə bıçaqla ürək nahiyəsinə bir zərbə vurub. Qan itirən gənc dərhal Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/227943.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR