ABŞ Rusiya və Çinin sülh planını RƏDD ETDI

ABŞ Rusiya və Çinin sülh planını RƏDD ETDI
22:58 16 Yanvar 2018
94 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Koreya böhranının həlli üzrə “ikiqat dondurulma” planını rədd edir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib.

“Danışıqların hədəfi Şimali Koreyanın tam, nəzarət olunan və geri dönməz denuklearizasiyasıdır. Bütün ölkələr bu hədəf ətrafında birləşdirilib”, - Tillerson Kanadanın Vankuver şəhərində Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə və raket proqramı üzrə keçirilən konfransda çıxışında deyib.

Qeyd edək ki, daha əvvəl Rusiya və Çin Koreya böhranının nizama salınması üzrə mərhələli həll planını təqdim edib. Planın reallaşdırılması üzrə əsas mərhələlərdən biri “ikiqat dondurulma” (söhbət raket və nüvə sınaqları ilə eyni vaxtda ABŞ regional müttəfiqləri ilə keçirdiyi hərbi təlimlərin dayandırılmasından gedir - red.) adlandırılır.

Dünyanın məhv olmaması üçün Rusiyadan ÜÇMƏRHƏLƏLİ PLAN – Apokalipsis XƏBƏRDARLIĞI

“Təzyiq üzrə kampaniya davam edəcək. Bu, Koreya Xalq Demokratik Respublikasının denuklearizasiya üzrə qətiyyətli addımlara təşəbbüs edənə kimi dəyişməyəcək”, - Tillerson əlavə edib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/227944.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR