Xəlil Rza Ulutürkü tənqid edən yazar

Bir neçə gün əvvəl Xəlil Rza Ulutürkü tənqid edən yazar Kəramət Böyükçöl üzr istəyib.

Metbuat.az-ın məlumatına görə, sosial şəbəkə hesabında açıqlama verən yazar üzrxahlıq edib:

“Bir neçə gün bundan əvvəl Feysbuk səhifəmdə Xəlil Rza Ulutürk haqqında yazdığım fikirlər birmənalı qarşılanmadı. Sərt reaksiya göstərildi. Mən şəhid atası Xəlil Rza haqqında səsləndirdiyim fikirlərin kökündən yanlış olduğunu anladım və buna görə Xəlil Rzanın və onun qəhrəman oğlu şəhid Təbirz Xəlilbəylilinin ruhundan, onların ailəsindən, eyni zamanda Xəlilsevərlərdən üzr istəyirəm. Şəhidlər torpağa basdırılmış ehtiyat qüvvələrimizdir. Nə qədər torpaq altında yatan şəhidlərimiz var, vətənimiz bir o qədər böyük və qüdrətlidir”.

P.S. Mənim məlum statusumu tirajlayan saytlardan xahiş edirəm ki, bu üzrxahlıq yazımı da yayımlasınlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR