Bərdə sakini həmyerliləri tərəfindən bıçaqlanıb

Bərdə sakini həmyerliləri tərəfindən bıçaqlanıb
00:57 17 Yanvar 2018
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə. 17 yanvar. REPORT.AZ/ Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report”un Qarabağ bürosu xəbər verir ki, 1996-ci il təvəllüdlü rayon sakini Həsənov Səyyaf Cəsarət oğlu həmyerliləri tərəfindən bıçaqlanıb.
Yaralı gənc Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Cərrahiyyə şöbəsində olan yaralının vəziyyətini həkimlər orta-ağır kimi qiymətləndirir.
Faktla bağlı Bərdə rayon Polis şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/berde-sakini-hemyerlileri-terefinden-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR