Ronaldinyo karyerasını rəsmən başa vurub

Ronaldinyo karyerasını rəsmən başa vurub
02:12 17 Yanvar 2018
102 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 yanvar. REPORT.AZ/ Əfsanəvi braziliyalı futbolçu Ronaldinyo karyerasını rəsmən başa vurub.
“Report”un xəbərinə görə, 37 yaşlı hücumçunun karyerasını bitirməsi barədə qardaşı Roberto de Assis Moreyra məlumat verib.
Onun peşəkar karyerasında son klubu "Fluminense" olub. Futbolçu bu klubu 2015-ci ilin sentyabrında tərk edib. 2002-ci ilin dünya çempionu son vaxtlar müxtəlif nümayiş xarakterli matçlarda iştirak edib.
Ronaldinyo karyerası ərzində PSJ, "Barselona" və "Milan" kimi məşhur klublarda çıxış edib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/ronaldinyo-karyerasini-resmen-basa-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR