Məmmədyarov "Tata Steel Chess" superturnirində növbəti heç-heçəsini edib

Məmmədyarov "Tata Steel Chess" superturnirində növbəti heç-heçəsini edib
05:57 17 Yanvar 2018
112 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 yanvar. REPORT.AZ/ Hollandiyanın Veyk-An-Zee şəhərində "Tata Steel Chess" superturnirinin IV turuna yekun vurulub.
“Report” xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti dəfə heç-heçə edib.
33 yaşlı şahmatçının bu dəfə rəqibi rusiyalı Sergey Karyakin olub.
Məmmədyarov 4 turdan sonra 2,5 xal toplayıb və Vladimir Kramnik (Rusiya) və Maqnus Karlsen (Norveç) ilə üçüncü yeri bölüşür.
Turnir cədvəlinə 3 xal ilə Hindistan təmsilçisi Vişvanatan Anand və holland Aniş Giri başçılıq edir.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/memmedyarov-tata-steel-chess-superturnirinde-novbeti-hec-hecesini-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR