AZAL-ın təyyarələrində maliyyə savadlılığına dair animasiyalar yerləşdiriləcək

AZAL-ın təyyarələrində maliyyə savadlılığına dair animasiyalar yerləşdiriləcək
09:12 17 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərbaycan Hava Yolları” (AZAL) QSC-yə məxsus təyyarələrdə maliyyə savadlılığına dair animasiyaların yerləşdirilməsi üçün sistemlərə uyğun texniki parametrlərə salınması işlərinin satın alınması məqsədi ilə kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 30 manatdır.
Kotirovka təklifləri yanvarın 23-nə qədər qəbul edilir. Əlaqələndirici şəxs Elvin Şirdanovdur (tel.: (012) 493 11 22, daxili 428).
Təkliflərə yanvarın 24-də, saat 10:00-da AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanda yerləşən inzibati binasında baxılacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azal-in-teyyarelerinde-maliyye-savadliligina-dair-animasiyalar-yerlesdirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR