Xızıda sürücülər arasında dava: bir ölü

Xızıda sürücülər arasında dava: bir ölü
09:39 17 Yanvar 2018
55 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarında Xızı rayonunda qətl hadisəsi qeydə alınıb.

 

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xızının Giləzi qəsəbə sakinləri - 1980-ci il təvəllüdlü Cəfərov Vaqif Süleyman oğlunun idarə etdiyi “Chevrolet Niva” markalı avtomobillə 1977-ci il təvəllüdlü Məmmədov Qabil Abil oğlunun idarə etdiyi “VAZ 21 06” markalı maşın toqquşub. Qəzadan sonra sürücülər arasında mübahisə yaranıb. Nəticədə Q. Məmmədov V. Cəfərovu sinəsindən bıçaqlayaraq öldürüb. Hadisədən sonra V. Cəfərov qaçıb.

 

 

Faktla bağlı Xızı rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırmalar davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292536

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR