Azərbaycan və Ermənistan yığmaları Avropa çempionatında eyni qrupa düşüb

Azərbaycan və Ermənistan yığmaları Avropa çempionatında eyni qrupa düşüb
10:17 17 Yanvar 2018
48 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 yanvar. REPORT.AZ/ Basketbol üzrə gənclər arasında Avropa çempionatının püşkü atılıb.
“Report” Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytına istinadən xəbər verir ki, Almaniyanın Frayzinq şəhərində baş tutan mərasimdə Azərbaycanın kişilərdən ibarət U-16, U-18 və U-20 yığmalarının da rəqibləri müəyyənləşib.
C divizionunda yer alan U-16 millisi Avstriya, Ermənistan, San Marino, Albaniya və Moldova ilə birgə A qrupuna düşüb. Bu qrupun oyunları 3 - 11 iyulda San Marinonun Serravalle şəhərində keçiriləcək.
B divizonunda qərarlaşan U-18 yığması B qrupunda Belçika, Macarıstan, Gürcüstan, Estoniya və Avstriya ilə birgə 27 iyul - 5 avuqstda Makedoniyanın paytaxtı Skopyedə mübarizə aparacaq.
B divizionunda çıxış edəcək U-20 isə Litva, Belçika, Belarus və Makedoniyaya rəqib olub. Bu komandaların yer aldıqları A qrupunun oyunları 13 - 22 iyulda Bolqarıstanın paytaxtı Sofiyada baş tutacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/azerbaycan-ve-ermenistan-yigmalari-avropa-cempionatinda-eyni-qrupa-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR