Britni Spirs iranlıya ərə gedir

Amerikanın pop ulduzu Britni Spirs evlilik yolunda ilk rəsmi addımını atıb. Ailem.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, 24 yaşlı Sem Asqari ilə nişanlanıb.

Bir ildir ki, münasibətdə olan cütlük Havay adalarında dincələrkən kamerala tuş gəlib. Britninin əlindəki nişan üzüyü yayılan xəbərlərin doğru olduğunu təsdiq edib.

Bundan başqa, pop ulduzun yaxınları onların çox xoşbəxt olduğunu bildiriblər.

Qeyd edək ki, Spirsdən 12 yaş kiçik olan Sam İran əsillidir. O, müğənni ilə “Slumber Party” klipində tanış olub. / Qafqazinfo


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR