Havadan enərək öldürücü zərbə VURACAQLAR - Üçmərhələli “İSTİ PLAN”

Havadan enərək öldürücü zərbə VURACAQLAR - Üçmərhələli “İSTİ PLAN”
10:28 17 Yanvar 2018
103 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Silahlı qüvvələrinin “Fərat Qalxanı” əməliyyatından sonra Suriyada həyata keçirəcəyi ikinci əməliyyatın detalları məlum olub.

Publika.az Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, “Mehmetcik” üç mərhələdən ibarət əməliyyat planı çərçivəsində PYD terrorçularını məhv edəcək.

Məlumata görə, Türkiyə Silahlı qüvvələrinin Baş qərargahında qurulan xüsusi qrup Suriyadakı hərbi əməliyyatın strategiyasını tamamlayıb. “İsti plan” adlandırılan hərbi strategiyanın detalları aşağıdakılardır:

1. Hərbi planın birinci mərhələsində Afrində terrorla mübarizə başlayacaq. Terrorçuların Afrin və ətraf ərazilərdəki mövqeləri artilleriya və top atışları ilə məhv ediləcək. Daha sonra isə Afrinə havadan hər biri 10 nəfərdən ibarət olan komanda və xüsusi təyinatlı birliklər endiriləcək.

2. Xüsusi təyinatlı və komanda birliklərinin Afrinə endirilməsi ilə eyni vaxtda quru qüvvələrinin hücumu başlayacaq. İdlib-Afrin sərhəd xəttindəki strateji nöqtələrdə və təhlükəsizlik bölgələrində yerləşdirilən zirehli qoşunlar Afrinə daxil olacaqlar.

Türkiyənin dəstəklədiyi müxalifət gücləri Abu Zuhur hava bazasını əlində saxlayacaq. Hava bazasına doğru irəliləyən rejim güclərinin Afrin əməliyyatı ilə yaranan boşluqdan istifadə edərək İdlibə hücum ehtimalının qarşısı alınacaq.

3. Münbicə nəzarət edən PYD Türkiyənin “qırmızı xətt” hesab etdiyi Fərat çayının şərqinə qovulacaq. İdlibdə təhlükəsizlik və nəzarət zonasının yaradılması işi tamamlanacaq.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/227985.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR