Myanmada polis etirazçılara atəş açıb, 7 nəfər ölüb

Myanmada polis etirazçılara atəş açıb, 7 nəfər ölüb
10:47 17 Yanvar 2018
52 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 yanvar. REPORT.AZ/ Myanmanın qərbindəki Rakhayn ştatında polis ilə etirazçılar arasında yaranan qarşıdurma zamanı 7 nəfər ölüb, 33 nəfər yaralanıb.
Bu barədə "Report" "France-Presse" agentliyinə istinadən xəbər verir.
Xatırladaq ki, dünən gecə polis hökumət binalarını ələ keçirməyə cəhd edən buddistlərdən ibarət kütləyə atəş açıb. Asayiş keşikçilərindən birinin sözlərinə görə, etirazçılar xəbərdarlıq atəşlərinə məhəl qoymayıblar.
Məlumata görə, qarşıdurma zamanı etirazçıların daş atmasından 20 polis yaralanıb.
Etiraz aksiyasında bir neçə min nəfər iştirak edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/myanmada-polis-etirazcilara-ates-acib-7-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR