Ərəb turistləri daşıyan avtomobil aşdı - 3 nəfər xəsarət alıb

Ərəb turistləri daşıyan avtomobil aşdı - 3 nəfər xəsarət alıb
11:04 17 Yanvar 2018
41 Digər
Ölkə mətbuatı
A- A+

İsmayıllı rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
 
 
 
APA-nın yerli bürosunun xəbərinə görə, İsmayıllı-Qəbələ yolunun Topçu kəndindən keçən hissəsində Bakı sakini, 1978-ci il təvəllüdlü Bağırov Elbəy Eldar oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq aşıb.
 
 
 
Nəticədə sürücü E.Bağırov, sərnişinləri olan ərəb turistlər - 1987-ci il təvəllüdlü Al İbrahim və 1995-ci il təvəllüdlü Al Mer Zeynab müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar təcili tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
 
 
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
 
 
 
Qeyd edək ki, ərəb turistlər Bakıdan Qəbələyə istirahətə gedirmişlər.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292548

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR