Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən il vətəndaşların 7 809 müraciətinə baxıb

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən il vətəndaşların 7 809 müraciətinə baxıb
11:17 17 Yanvar 2018
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 yanvar. REPORT.AZ/ "2017-ci ildə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 7809 müraciətinə baxılıb".
“Report”un xəbərinə görə, bunu baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci il ərzində görülən işlərlə bağlı kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, həmçinin 280 cinayət xarakterli material araşdırılıb: "Həmin materiallardan 181 (65%) material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, 99 (35%) material üzrə digər prokuror təsir aktlarının tətbiq edilməsi təmin edilib".
K.Əliyev qeyd edib ki, Baş İdarə rəisi və digər vəzifəli şəxslər tərəfindən ümumilikdə 1635 vətəndaşın qəbul edilməsi təmin edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/korrupsiyaya-qarsi-mubarize-bas-i-daresi-oten-il-vetendaslarin-7-809-muracietine-baxib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR