Prezidentin "terrorçu" adlandırdığı, dövlət binalarına helikopterlə hücum edən pilot öldürüldü - FOTOLAR

Prezidentin "terrorçu" adlandırdığı, dövlət binalarına helikopterlə hücum edən pilot öldürüldü - FOTOLAR
11:18 17 Yanvar 2018
105 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən il Venesuelada müxtəlif dövlət binalarına vertolyotla havadan hücum edən 36 yaşlı pilot Oskar Perez və 7 silahdaşı xüsusi təyinatlı dəstə tərəfindən keçirilən əməliyyatlar nəticəsində öldürülüb.

Publika.az xəbər verir ki, Oskar Perez rəsmi olaraq axtarışda olub. Törətdiyi cinayətlərə görə , axtarışa verilən Perezin harda olduğu məlum deyildi. Lakin iddialara görə, sosial hesabından paylaşdığı video vasitəsilə onun yerini müəyyənləşdirmək olub.

Polislər Perezin, Venesuelanın paytaxtı Karakas yaxınlarında bir qəsəbədə olduğunu dəqiqləşdirdikdən sonra kordinasiyaların göstərdiyi evdə axtarış aparıblar. Paylaşdığı video görüntülərdə Oskar Perez Venesuela xalqına ümidlərini itirməmələrini deyib. Atışma zamanı öldürüldüyü iddia edilən Perezin cəsədi ailəsinə verilməyib.

Venesuella hökümətinin öndə gələn adlarından Diosdado Kabello isə Oskar Perezin polisə atəş açdığı zaman vurulduğunu irəli sürüb. Ailəsi oğlunun taleyi haqqında təkidlə informasiya almaq istədikdən sonra pilotun rəsmən öldüyü mediaya açıqlanıb.

Pilot Oskar Perez avtoritar rejimə qarşı mübarizə aparırdı. Venesuela Prezidenti Nikolas Maduro onu "fanatik və qatı terrorçu" olmaqda ilə ittiham etmişdi. 36 yaşlı Oskar Perez 2015-ci ildə "Təxirə Salınmış Ölüm" adlı bir aksion filmində baş rola çəkilib. O.Perez sosial şəbəkələrdə özünü Ceyms Bond və ya Rembo kimi təqdim edirdi.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/227986.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR