Mustafa Dənizli "Traktor sazi" klubunun baş məşqçisi oldu

Mustafa Dənizli "Traktor sazi" klubunun baş məşqçisi oldu
11:19 17 Yanvar 2018
68 Digər
Ölkə mətbuatı
A- A+

Məşhur türkiyəli futbol mütəxəssisi Mustafa Dənizli Təbrizin “Traktor Sazi” futbol klubuna baş məşqçi təyin edilib. Lent.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, təcrübəli baş məşqçi klubla 11 oyunluq, yəni İran çempionatının sonunadək olan müddət üçün müqavilə imzalayıb. Hazırda Təbriz klubu 21 xalla 11-ci sırada qərarlaşıb və çempionatı tərk etmə təhlükəsi yaşamaq ehtimalı var.

 

“Traktor Sazi” klubu Mustafa Dənizliyə mövsümün sonunadək müqavilə müqabilində 400 min dollar ödəyəcək.

 

Qeyd edək ki, Mustafa Dənizli İranda daha əvvəl “Persopolis” klubunda çalışıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292552

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR