Moldovada azərbaycanlı aparıcıya qarşı GÖZLƏNİLMƏZ HƏRƏKƏT

Moldovada azərbaycanlı aparıcıya qarşı GÖZLƏNİLMƏZ HƏRƏKƏT
11:58 17 Yanvar 2018
76 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın NTV telekanalının əslən azərbaycanlı olan aparıcısı İradə Zeynalovanın Moldovaya girişinə icazə verilməyib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Moldovanın sərhəd polisinin mətbuat xidmətindən bildiriblər.

“Çərşənbə axşamı Rusiya Federasiyasının vətəndaşı İradə Zeynalovanın Moldovaya girişinə icazə verilməyib. Çünki, o respublikaya səfərin hədəfini təsdiq edə bilməyib. Rusiya vətəndaşı İstanbul-Kişnyov təyyarə reysi ilə gəlmişdi. Qadın bildirib ki, rəsmi şəxslərlə görüşləri planlaşdırılıb, amma bunu təsdiq edə sənədi təqdim edə bilməyib”, - sərhəd polisinin mətbuat xidmətindən deyiblər.

Agentliyin həmsöhbəti dəqiqləşdirib ki, Zeynalova ən yaxın Kişnyov-Moskva reysi ilə Rusiyaya göndərilib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/228002.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR