Azərbaycan mütəxəssisləri Beynəlxalq Cüdo Federasiyasının seminarında iştirak ediblər

Azərbaycan mütəxəssisləri Beynəlxalq Cüdo Federasiyasının seminarında iştirak ediblər
12:02 17 Yanvar 2018
49 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 yanvar. REPORT.AZ/ Avstriyanın Mittersil şəhərində Beynəlxalq Cüdo Federasiyasının (İJF) təşkilatçılığı ilə hakimlər və məşqçilər üçün beynəlxalq seminar keçirilib.
“Report” xəbər verir ki, İJF-nin prezidenti Marius Vizerin də iştirak etdiyi seminar nəzəri və praktiki hissədən ibarət olub. Tədbirdə cüdonun yeni qayda və qanunlarının tətbiqi əyani şəkildə göstərilib, geniş müzakirə edilib, fikir mübadilələri aparılıb.
Beynəlxalq seminarda Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli referi Fariz Hüseynov və Regionlarda cüdonun inkişafı sektorunun müdiri, məşqçi Tərlan Poladov da iştirak edib.









Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-mutexessisleri-beynelxalq-cudo-federasiyasinin-seminarinda-istirak-edibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR