Trampın Kim Çen Inla bağlı planı MƏLUM OLDU

Trampın Kim Çen Inla bağlı planı MƏLUM OLDU
12:03 17 Yanvar 2018
92 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunları ərəfəsində (2018-ci ildə fevralın 9-dan 25-dək keçiriləcək - red.) Koreya Xalq Demokratik Respublikasının lideri Kimdə Çen Ina təzyiqı artıracaq və onun barəsində “yavaş-yavaş boğulma” siyasətini tətbiq edəcək.

Publika.az xəbər verir ki, bunu hərbi ekspert Oleq Jdanov “Apostrof” nəşrinə bildirib.

Ekspert ABŞ-ın dövlət katibi Reks Tillersonun dünən verdiyi bəyanatı xatırladıb.

Tilerson Kanadanın Vankuver şəhərində KXDR-in nüvə və raket proqramı üzrə keçirilən konfransda çıxışında deyib ki, ABŞ Koreya böhranının həlli üzrə “ikiqat dondurulma” planını rədd edir.

“Danışıqların hədəfi Şimali Koreyanın tam, nəzarət olunan və geri dönməz denuklearizasiyasıdır. Bütün ölkələr bu hədəf ətrafında birləşdirilib”, - Tillerson Kanadanın Vankuver şəhərində Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə və raket proqramı üzrə keçirilən konfransda çıxışında deyib.

“Təzyiq üzrə kampaniya davam edəcək. Bu, Koreya Xalq Demokratik Respublikasının denuklearizasiya üzrə qətiyyətli addımlara təşəbbüs edənə kimi dəyişməyəcək”, - Tillerson əlavə edib.

Qeyd edək ki, daha əvvəl Rusiya və Çin Koreya böhranının nizama salınması üzrə mərhələli həll planını təqdim edib. Planın reallaşdırılması üzrə əsas mərhələlərdən biri “ikiqat dondurulma” (söhbət raket və nüvə sınaqları ilə eyni vaxtda ABŞ regional müttəfiqləri ilə keçirdiyi hərbi təlimlərin dayandırılmasından gedir - red.) adlandırılır.

Dünyanın məhv olmaması üçün Rusiyadan ÜÇMƏRHƏLƏLİ PLAN – Apokalipsis XƏBƏRDARLIĞI

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/228001.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR