ABŞ səfirliyinin Qüdsə köçürüləcəyi vaxt açıqlanıb

ABŞ səfirliyinin Qüdsə köçürüləcəyi vaxt açıqlanıb
12:22 17 Yanvar 2018
96 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 yanvar. REPORT.AZ/ "ABŞ Təl-Əvivdəki səfirliyini bu il ərzində Qüdsə köçürəcək".
“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu Hindistan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə bildirib.
Qeyd edək ki, Ağ ev beynəlxaq ictimaiyyətin etirazından sonra səfirliyin köçürülməsinin bir neçə il sürəcəyi barədə açıqlama vermişdi. ABŞ prezidenti Donald Tramp isə ötən il dekabrın 6-da Qüdsü İsrailin paytaxtı olaraq tanıdıqları barədə qərarı imzalayıb. O, bu il yanvarın 16-da isə ABŞ-ın fələstinli qaçqınlara etdiyi humanitar yardımın 65 milyon dollar azaldılması barədə uyğun sənədi təsdiqləyib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-sefirliyinin-qudse-kocuruleceyi-vaxt-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR