Hesablama Palatasının yeni satınalmalar planı təsdiqlənib

Hesablama Palatasının yeni satınalmalar planı təsdiqlənib
12:22 17 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycanın Hesablama Palatasının 2018-ci il üzrə satınalmalar planı təsdiq olunub.
“Report”un Palataya istinadən verdiyi xəbərə görə, satınalmalar üçün cəmi 115 623 manat xərc ayrılıb. Qeyd edək ki, maliyyələşmənin mənbəyi dövlət büdcəsidir.
Vəsaitin 14 100 manatı dəftərxana ləvazimatları, 21 100 manatı mətbəə, çap və nəşr xərcləri, 12 000 manatı idarədə işlədilən bütün növ mal və materiallar, təsərrüfat malları, 13 500 manatı cari təmir, 5 300 manatı inzibati binanın şüşələrinin silinməsi, kondisionerlər sistemində texniki xidmət, 5 200 manatı dövrü mətbuata abunə, 5 100 manatı odsöndürən balonların doldurulması xidməti, 5 100 manatı hədiyyələrin alınması, 25 000 manatı digər maşın və avadanlıqların alınması, 9 223 manatı lisenziyalar və SAP xidmətinin alınmasının üçün nəzərdə tutulub. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/hesablama-palatasinin-yeni-satinalmalar-plani-tesdiqlenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR