Bakıda qəbiristanlıqda gizlədilmiş silah tapıldı - FOTO

Bakıda qəbiristanlıqda gizlədilmiş silah tapıldı - FOTO
12:28 17 Yanvar 2018
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda qəbiristanlıqda gizlədilən silah aşkarlanıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, xidmətin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

PX Baş idarəsi və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının Nizami rayon Polis İdarəsinin 24-cü Polis bölməsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən qəbiristanlıqda xüsusi üsulla torpağa basdırılaraq gizlədilmiş 1 ədəd dolu sandıqça ilə birgə “TT” markalı tapança aşkar edilərək götürülüb.

Fakt üzrə Nizami rayon Polis İdarəsinin 24-cü Polis bölməsi tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/228006.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR