Sürücülərin diqqətinə: “AzNav”ın sürət həyəcan siqnalı ilə radara düşməyəcəksiz

Sürücülərin diqqətinə: “AzNav”ın sürət həyəcan siqnalı ilə radara düşməyəcəksiz
12:43 17 Yanvar 2018
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən il unikallığı ilə seçilən ilk milli naviqasiya sistemi olan “AzNav” istifadəyə verilib. Sistem istifadəyə verildiyi gündən vətəndaşların xüsusi marağına səbəb olub.

Əmlak Məsələləri Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, hazırda “AzNav” noviqasiya sistemdən istifadə edənlərin sayı 270 mini ötüb. Onlardan 206 min nəfəri Android əməliyyat sistemli telefonlardan, qalanı isə iOS əməliyyat sistemini dəstəkləyən telefonlardan sistemə qoşulub. Sistemi “AzNav”ı iOS (Apple), Windows CE əməliyyat sistemlərində olan bütün növ mobil cihazlardan və eyni zamanda telefon və planşetlərdən ödənişsiz olaraq yükləmək mümkündür. Eyni zamanda, vətəndaşlar əlavə internet paketi götürmədən də sistemi oflayn rejimdə işlədə bilərlər.

Noviqasiya sistemi (GPS) hər zaman yenilənən “AzNav” Komitənin öz məhsulu olan Ünvan Reyestri İnformasiya Sisteminin (ÜRİS) məlumatları əsasında hazırlanıb. Sistem yeni və köhnə ünvanların əsasında hazırlanmış Naviqasiya Xəritəsinin məlumatlarından istifadə etməklə işləyir. Sistem ölkəmizə gələn turistlərin və əcnəbi vətəndaşların gediləcək ünvana tez və rahat çatmasına kömək edir.

Naviqasiya Proqramı seçilmiş yol ilə hərəkət zamanı yolda nəqliyyat vasitəsinin maksimal sürətini, radarları, döngə nöqtələrini, parkinqləri, yanacaqdoldurma məntəqələrini bildirir. “AzNav”ın sürət həyəcan siqnalı vətəndaşlarımızın radara düşməməyinə köməklik edir. Radar və bəzi yol nişanları haqda bildirişlər həm görüntülü əks olunur, həm də səsli olaraq diqqətə çatdırılır. Hərəkət zamanı marşrut üzərində hər hansı hadisə ilə rastlaşdıqda ekranda əks olunan “SOS” funksiyasına daxil olmaqla bu barədə məlumat vermək də mümkündür.

İlk Milli Naviqasiya Sistemi özündə 353 şəhər və qəsəbə, 5321 yaşayış məntəqəsi, 759227 bina və tikili, 77972 maraq nöqtəsi POİ (obyektlər), 117 Körpü, 558 yolüstü piyada keçidi, 521 radar və kameranı əks etdirir.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/228008.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR