İsa Qəmbər reanimasiyadan intensiv terapiya şöbəsinə köçürülüb

İsa Qəmbər reanimasiyadan intensiv terapiya şöbəsinə köçürülüb
13:02 17 Yanvar 2018
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 yanvar. REPORT.AZ/ Hazırda Mərkəzi Klinikada müalicə olunan Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər dünən reanimasiyadan intensiv terapiya şöbəsinə köçürülüb.
Bunu “Report”a açıqlamasında İ.Qəmbərin həkimi, Mərkəzi Klinikanın kardioloqu Firdovsi İbrahimov deyib.
Həkimin sözlərinə görə, İ.Qəmbər intensiv terapiya şöbəsində təxminən 2-3 gün qalacaq: “Onun səhhəti qənaətbəxşdir. Həkim nəzarəti altındadır. Huşu tam yerindədir, danışır. Özü gəzməyə başlayıb. Amma infarkt keçirən xəstələr üçün 20 gündən tez konkret fikir demək yalnış olar”.
İ.Qəmbərin nə zaman evə buraxılmasına gəlincə F.İbrahimov qeyd edib ki, sabah o, təkrar müayinədən keçiriləcək və bundan sonra dəqiq qərar veriləcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/i-sa-qember-reanimasiyadan-intensiv-terapiya-sobesine-kocurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR