Elxan Məmmədov: "Rəşad Sadıqovun "Qarabağ"da da çalışmasının əleyhinə deyilik"

Elxan Məmmədov: "Rəşad Sadıqovun "Qarabağ"da da çalışmasının əleyhinə deyilik"
13:12 17 Yanvar 2018
79 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 yanvar. REPORT.AZ/ AFFA Azərbaycanın 20 və 21 yaşadək futbolçulardan ibarət milli komandalarının baş məşqçisi Rəşad Sadıqovun paralel olaraq, “Qarabağ” klubunda da fəaliyyət göstərməsinin əleyhinə deyil.
Bu barədə “Report”a müsahibəsində qurumun baş katibi Elxan Məmmədov bildirib. E.Məmmədovun sözlərinə görə, R.Sadıqovun həm “Qarabağ”ın əsas komandasında futbolçu kimi çıxış etməsi, həm də klubda fəaliyyət göstərməsi onun millidəki işinə maneə törətmir: “Yığma məşqçilərinin paralel olaraq, klublarda da çalışmaları ilə bağlı bir neçə dəfə müzakirələr aparılıb. Sadıqovun “Qarabağ”da çalışmasını millidəki işinə maneə kimi görmürük. Çünki U-21-in hazırda təlim-məşq toplanışı davam edir. Hazırlıq prosesi çərçivəsinə bir neçə yoxlama oyun keçiriləcək. Artıq “Alanayaspor”la qarşılaşaraq, 3:1 hesabı ilə qalib gəliblər. O, həmişə komandanın yanındadır. Rəşadın “Qarabağ”da fəaliyyət göstərməsinin zərərini, mənfi təsirini görmürük”.
Qeyd edək ki, Zaur Həşimov U-18, Ramil Quliyev isə U-17 yığmasının baş məşqçisi təyin olunduqdan sonra müvafiq olaraq “Qəbələ” və “Zirə”nin əsas komandasının məşqçisi vəzifəsindən ayrılıblar.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/elxan-memmedov-resad-sadiqovun-qarabag-da-da-calismasinin-eleyhine-deyilik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR