7 saat ərzində 3 əməliyyat keçirən Əməkdar artistin SON DURUMU - FOTO

7 saat ərzində 3 əməliyyat keçirən Əməkdar artistin SON DURUMU - FOTO
13:18 17 Yanvar 2018
340 Şou
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, Əməkdar artist Coşqun Rəhimov dünən eyni vaxtda 3 əməliyyat keçirib. Aktyorun qabırğasından ximirçək götürülərək burun nahiyhəsinə yerləşdirilib, burundakı kista təmizlənib, həmçinin burun çəpərinin əyriliyi aradan qaldırılıb. 7 saat davam edən əməliyyat uğurla başa çatıb.

Publika.az xəbər verir ki, “Bu şəhərdə”nin ulduzu bu gün səhər saatlarında artıq evə buraxılıb. Bu barədə Əməkdar artisti əməliyyat edən həkim Məzahir Quliyev məlumat verib:

“Coşqun bəyi səhər saatlarında müayinə etdikdən sonra evə yola saldıq. Çox şükür hər şey əladır, dünən əməliyyat olunmasına baxmayaraq rahat nəfəs alır, göründüyü kimi göyərmə, qaralma yoxdur. Allah şəfa versin, hər kəsə sağlıqlı yaşamağı və rahat nəfəs almağı arzu edirik”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/228011.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR