Bakıda Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü başladı - FOTO

Bakıda Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü başladı - FOTO
14:12 17 Yanvar 2018
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Yanvarın 17-də Bakıda Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupunun 8-ci görüşü başlayıb.

MN-dən Milli.Az-a verilən məlumata görə, işçi qrupuna Azərbaycan tərəfindən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov, Pakistan tərəfindən isə Birləşmiş Qərargahın Xarici əlaqələr İdarəsinin rəisi general-mayor Muhammad Şafiq rəhbərlik edirlər.
Görüşdə hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regionda təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən 2018-ci ildə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunur.
İşçi görüşü yanvarın 18-dək davam edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/617436.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR